Məşhur şirkət maliyyə dəstəyi axtarışındadır | Banco.az

Məşhur şirkət maliyyə dəstəyi axtarışındadır

Yaponiya mərkəzli beynəlxalq avtomobil istehsalçısı “Nissan” Yaponiya banklarından 500 milyard yen (4.6 milyard dollar) həcmində maliyyə vəsaiti cəlb etmək istəyir. Bu addımın əsas səbəbi kimi isə, koronavirus pandemiyası səbəbindən avtomobil satışlarında müşahidə edilən səngimələr və bu səngimələr səbəbindən likvidlik ehtiyatlarında yaranan problemlər göstərilib. Son olaraq şirkət 2019-cu ilin dekabr ayında 1.4 trilyon yen məbləğində likvidlik ehtiyatları qaldığını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə şirkətin dünən keçirilən idarə heyəti görüşündə qərar verilib və ilkin olaraq “Mizuho Bank”a müraciət edilib.

Qeyd edək ki, “Nissan” şirkətinin hal-hazırda Avropa və Şimali Amerikada yerləşən bütün zavodlarında istehsal dayandırılıb.

bbn.az

Ən sərfəli krediti almaq üçün müraciət et