Məşhur seriallar və filmlər sayəsində populyarlaşan restoranlar | Banco.az

Məşhur seriallar və filmlər sayəsində populyarlaşan restoranlar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Serial və filmlərə gəldikdə reallığın son dərəcə əhəmiyyətli bir anlayış olduğunu asanlıqla söyləmək olar. Ancaq televiziyada və ya böyük ekranda gördüklərimizin əksəriyyəti sadəcə diqqətlə hazırlanmış qeyri-reallıqlardır. Lakin filmlərdə və ya televiziya seriallarında heç də hər şey yalan deyil. Belə ki, hətta məşhur film və seriallar sayəsində dünya şöhrəti qazanmış və hazırda da fəaliyyət göstərən məkanlar var. Həmin restoranlardan bəzilərini təqdim edirik:

1. Top Notch Hamburgers – Dazed and Confused 

Dünyaca məşhur aktyor Metyu Makkonaxi (Matthew McConaughey) 1993-cü ildə çəkilmiş Dazed and Confused filmində ilk dəfə Top Notch Hamburgers” adlı restoranın bağçasında görüntülənib. Lakin bir çox filmlərdən fərqli olaraq, bu restoran çəkiliş qrupu tərəfindən yaradılmayıb. 1971-ci ildə fəaliyyətə başlayan bu restoran “Dazed and Confused” filmində qazandığı populyarlıq sayəsində bu gün də bir çox müştərini qəbul etməyə davam edir.

2. The Bluebird Cafe – Nashville

2012-ci ildə yayımlanan Nashville serialının bəzi personajları “The Bluebird” adlı kafedə işləyirdilər. ABŞ-ın Neşvill şəhərindəki “The Bluebird Cafe” populyar bir istehsal tərəfindən məşhurlaşan restoranlardan biridir.

3. Twisters – Breaking Bad

Ən sərfəli kredit üçün müraciət et

İlk bölümü 2008-ci ildə yayımlanan "Breaking Bad" televiziya dünyasının unudulmaz serialları arasındadır. İstehsalda bəziləri onu tarixin ən yaxşı serialı kimi təsvir edən və bu gün də yadda qalan bir çox simvolik elementlər var. Serialdakı "Los Pollos Hermanos" bu simvolik elementlərdən biridir. Ancaq bu restoran tamamilə teleserialların ssenari müəlliflərinin təxəyyülünün məhsulu deyil. Çünki "Los Pollos Hermanos" Nyu-Meksikoda "Twisters" adlı restoranın təməlində yaranıb. Serialdakı restoranla real həyatda oxşarlığı səbəbilə bu məkan "Breaking Bad" fanatlarının sevimli restoranları sırasındadır.

4. Mystic Pizza – Mystic Pizza

Filmdə "Mystic Pizza" restoranında çalışan üç qadının dostluqları, münasibətləri və həyatından bəhs edilir. 1998-ci ilin bu məşhur filminə adını verən restoran təxəyyülün məhsulu deyil. "Mystic Pizza" filmin ekranlara çıxmasından qısa müddət sonra filiallarının sayını artıraraq məhsullarını supermarketlərdə satmağa başlayıb.

5. McGee’s Pub – How I Met Your Mother

2005-ci ildə yayımlanmağa başlayan və 9 mövsüm milyonlarla insanın sevimli komediya serialına çevrilən "How I Met Your Mother" serialının inanılmaz uğurundan sonra məşhurlaşan "McGee's" ABŞ-ın Nyu-York şəhərində Tayms Meydanı yaxınlığında fəaliyyət göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et