Müəllif:Ayşən İmanova/Banco.az
Türkiyədə 500-dən çox "Pizza Hut" və KFC restoranı françayzinq müqaviləsinin pozulması və satışların aşağı olması səbəbindən tezliklə bağlana bilər.
Banco.az xəbər verir ki, bu barədə KFC və “Pizza Hut” brendlərinin sahibi olan Amerika şirkəti “Yum! Brands” məlumat yayıb.
Məlumata görə, Türkiyədəki bütün KFC və "Pizza Hut" restoranlarının operatoru olan "İS Qida" ilə françayzinq müqaviləsinə xitam verilib.
Françayzinq sahibi qeyd edir ki, türk şirkəti bir neçə aydır ki, tələb olunan standartlara uyğunluğa nail ola bilmir. Onun sözlərinə görə, türk restoranlarında satış dünya ortalamasından “xeyli aşağı” olub.
Qərar Türkiyədəki 283 KFC restoranı və 254 "Pizza Hut" pizzacısına aiddir.
Qeyd olunur ki, fastfud restoranlarının bağlanması müştərilərin onları boykot etməsi ilə bağlı ola bilər.