Məşhur psixoloqa görə insanlar xaraktercə beş qrupa ayrılır | Banco.az

Məşhur psixoloqa görə insanlar xaraktercə beş qrupa ayrılır

Müəllif - Aida İsaq, Banco.az

Amerikalı psixoloq Donald Uinslov Fiske 1949-cu ildə "Böyük beşlik" adlı psixologiya modelini yaradıb. 

Banco.az xəbər verir ki, o bu modeli ilə insan şəxsiyyətlərini 5 fərqli tipə ayırıb. Gəlin, görək həmin növlər hansılardır.

Hər kəslə mükəmməl yola gedənlər. Xüsusiyyətləri :

  • Bütün insanlara qarşı böyük maraqla yanaşırlar,
  • Başqalarının qayğısına qalmağı sevirlər,
  • Empatiya və qayğıkeşlik hissləri güclü olur,
  • Başqalarının xoşbəxtliyinə səbəbkar olmaqdan zövq alırlar,
  • Yardıma ehtiyacı olanlara daim kömək edirlər.

Vicdanlı olanlar. Xüsusiyyətləri;

  • Məsuliyyətində olan hər şeyə zaman ayırarlar,
  • Vacib işləri tez yekunlaşdırırlar,
  • Incə detallara daim fikir verirlər,
  • Planlı hərəkət etməyi sevirlər

Açıqfikirli insanlar. Xüsusiyyətləri:

  • Olduqca yaradıcıdırlar,
  • Yeni şeyləri kəşf etmək barəsində hər zaman açıqfikirlidirlər,
  • İstənilən poblemə təssüflənmək əvəzinə, həll yolunu tapmağa meyillidirlər,
  • Öz xəyal dünyasında yaşamağı sevirlər.

Sosial insanlar. Xüsusiyyətləri :

Ən sərfəli kredit üçün müraciət et

  • Diqqət mərkəzində olmağı sevirlər,
  • Əksərən söhbətə ilk başlayan onlar olur,
  • Yeni insanlarla tanış olmaqdan zövq alırlar,
  • Çoxlu dostları və tanışları olur,
  • Asanlıqla yeni dostlar qazanırlar,
  • Cəmiyyət arasında olmaq onlara müsbət enerji verir.

Əsəbi insanlar. Xüsusiyyətləri :

  • Stressə meyilli olurlar,
  • Müxtəlif şeylər onları asanlıqla narahat edə bilir,
  • Tez əsəbləşirlər
  • Əhvalları tez-tez dəyişir
  • Stresli zamanları geridə buraxmaq üçün böyük zamana ehtiyacları olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et