Müəllif - Aida İsaq, Banco.az
2023-cü ilin ikinci rübündə “Disney+” abunəçilərinin sayı azalıb.
Banco.az xəbər verir ki, birinci rüblə müqayisədə sözügedən şəbəkənin istifadəçilərinin sayı 161,8 milyondan 157,8 milyona enib.
Abunəçilərin sayındakı azalma əsasən Hindistana yönəlmiş “Disney+Hotstar” seqmenti ilə əlaqədar olub. Şirkətin bu istiqamətdə bir istifadəçi üçün orta aylıq gəliri əvvəlki illə müqayisədə 74 sentdən 59 sentə düşüb. Eyni zamanda, ümumilikdə “Disney+” üçün bu rəqəm 3,93 dollardan 4,44 dollara yüksəlib.
Bununla yanaşı, mayın 10-na olan məlumatlara əsasən “Disney” in səhmləri 4,8% ucuzlaşıb.
Xatırladaq ki, “Disney+” “Walt Disney Studios” və “Walt Disney Television” tərəfindən istehsal olunan filmlərin və serialların yayılmasını həyata keçirən xidmət şəbəkəsidir.
Bizi sosial şəbəkələrdən izləyin!!