Məşhur milyarderin sərvəti rekord həddə artıb | Banco.az

Məşhur milyarderin sərvəti rekord həddə artıb

Müəllif - Aida İsaq, Banco.az

Fransanın lüks mallar istehsalçısı LVMH-nin (Christian Dior, Louis Vuitton, Givenchy, Guerlain, Moët & Chandon, Hennessy, Chaumet) sahibi Bernard Arnonun sərvəti bir ügndə 12 milyard dollar olmaqla rekord məbləğdə artıb.

Banco.az xəbər verir ki, bu, şirkətin rüblük hesabatını dərc etdikdən sonra baş verib. Şirkətin geyim və dəri məmulatları seqmentinin satışları 18% artıb. 2023-cü ilin birinci rübündə (yanvar-mart) şirkətin gəliri 17% artaraq 21,06 milyard avroya çatıb.

Bernard Arno “Forbes” jurnalının məlumatına görə, 237,8 milyard dollar sərvətlə ən zəngin insanlar siyahısında birinci yeri tutur. İkinci yerdə “Twitter” sosial şəbəkəsinin sahibi, “SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Mask qərarlaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et