Məşhur milyarderin göydələni 734 milyon dollara SATILDI | Banco.az

Məşhur milyarderin göydələni 734 milyon dollara SATILDI

Məşhur milyarder Guo Wenguiyə məxsus göydələn satılıb.

Banco.az  xarici mətbuata istinadən xəbər verir ki, 2014-cü ildə Çində fırıldaqçılıq və rüşvət almaqda günahlandırıldıqdan sonra ABŞ-a qaçan milyarder Guo Wenguiya məxsus göydələn satışa çıxarılıb. Sözügedən bina onlayn alış-veriş saytı olan Alibabada 734 milyon dollara satılıb.

Guoya məxsus göydələn və Pekindəki digər mülkiyyətləri 2016-cı ildə müsadirə edilmişdi.

CNN-in yaydığı məlumata görə, sözügedən bina Yucheng Zhiye adlı şirkət tərəfindən satın alınıb. Binanın faktiki qiymətindən 40 faiz aşağı məbləğdə satışa çıxarıldığı qeyd olunur. Guo isə təklif olunan qiymətin binanın dəyərindən on qat daha çox olduğunu söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Məşhur Olimpiya Stadionunun yaxınlığında yerləşən göydələn əjdaha şəkilli Pangu Plazanın bir hissəsidir. Əjdahanın bədənini və quyruğunu yaradan yeddi ulduzlu otel də daxil olmaqla digər dörd bina hərraca daxil edilməyib.

Qeyd edək ki, Pekin Zenith Holdinqin sahibi 50 yaşlı Guo Wengui Kommunist Partiyası ilə əlaqəsindən sonra siyasi fəallardan olmuşdu.

Kaçak milyarderin gökdeleni, alışveriş sitesinde 734 milyon dolara satıldı

Həmçinin oxu: Yerdən 220 metr hündürlükdə inşa ediləcək dünyanın ilk 360 dərəcəlik hovuzu

Aida İSAQ, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et