Məşhur milyarder "Apple" şirkətinin 100 milyon dollarlıq səhmini satıb | Banco.az

Məşhur milyarder "Apple" şirkətinin 100 milyon dollarlıq səhmini satıb

Müəllif:Ayşən İmanova/Banco.az

Forbes-in versiyasına görə dünyanın ən zəngin adamları siyahısında yer alan Uorren Baffet ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin 100 milyon dollar səhmini satdığını açıqlayıb.

Banco.az xəbər verir ki, dünyanın 7-ci ən zəngin adamı olan məşhur milyarder Uorren Baffet-in qurduğu və rəhbəri olduğu şirkət 100 milyon dollar dəyərində "Apple" səhmlərini satıb. "Apple"ın səhmlərinin son aylarda eniş trendində olması və Baffet-in "Apple"dan qismən imtina etməsi mənfi hal kimi qiymətləndirilib.

“Omaha Oracle” olaraq da tanınan Baffet, “Apple”ın ən böyük səhmdarlarından biri olan “Berkshire Hathaway” holdinqinin dekabr ayında “Apple”da payının 174,3 milyard dollar olduğunu, martda isə 135,4 milyard dollara düşdüyünü bildirib.

Qeyd edək ki, Uorren Baffet hesabatla bağlı səhmdarlarla sual-cavab tədbiri zamanı "Apple" səhmlərini satmasının əsas səbəbi kimi vergiləri göstərib. Baffet investorlarına "Apple" səhmlərinin satışının sizə təsir edəcəyini düşünmürəm" deyərək, satışla gələcəkdə daha böyük bir vergi yükündən qaçmağa çalışdıqlarını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et