Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə yenilənmiş “iPhone” satışları dünya üzrə 16% artaraq “Apple”ı işlənmiş smartfon bazarında ən populyar brendə çevirib.
Banco.az xəbər verir ki, istifadə olunmuş cihazlar bazarına həm işlənmiş, həm də təmir edilmiş smartfonlar daxildir. Bildirilir ki, eyni zamanda, bəzi digər markalar üçün 2022-ci ildə işlənmiş və təmir edilmiş smartfonlara tələbat buna əks olaraq azalıb. Məsələn, “Samsung”un payı 28%-dən 26%-ə, “Huawei”nin payı isə 4%-dən 2%-ə düşüb. “Oppo” və “Vivo” üçün rəqəmlər dəyişməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!