Məşhur investor texnologiya şirkətlərinin səhmlərinə investisiya qoymamağı tövsiyə edib | Banco.az

Məşhur investor texnologiya şirkətlərinin səhmlərinə investisiya qoymamağı tövsiyə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Məşhur investor Bill Qross: "Texnologiya şirkətlərinin səhmlərdən uzaq durun."

Banco.az xəbər verir ki, Bill Qross cümə axşamı günü ABŞ-ın bəzi narahatlıq yaradan iqtisadi məlumatlarından sonra xəzinə istiqrazları və səhmlərin ucuzlaşmasının ardınca investorlara bəzi tövsiyələr verib.

“Dəyərli səhmlərə sadiq qalın, hələ ki, texnologiyadan uzaq durun”, deyə o bildirib.

Vaxtilə istiqraz kralı kimi tanınan Qross “X” sosial media platformasındakı paylaşımında aşağıdakıları yazıb:

“İnvestorlar məhz texnologiya şirkətləri ilə işləmək istəyirlərsə, o halda gərək “Microsoft Corp.”u satın alsınlar.”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et