Məşhur geyim firması 2 minə yaxın əməkdaşını ixtisar edəcək | Banco.az

Məşhur geyim firması 2 minə yaxın əməkdaşını ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın məşhur geyim firması “GAP” işçilərinin bir qismini ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, “Old Navy”, “Banana Republic” və “Athleta” kimi tanınmış markaların ana şirkəti olan “GAP” məhsul və müştəri təcrübəsini yaxşılaşdırmaq məqsədilə əməliyyat modelini optimallaşdırmaq üçün yeni tədbirlər paketini açıqlayıb.

Bu çərçivədə şirkət işçi qüvvəsində təxminən 1800 nəfərin ixtisarını ehtiva edən yenidən strukturlaşma planına başlayacaq.

“GAP”in müvəqqəti icraçı direktoru Bob Martin açıqlamasında bildirib ki, sözügedən ixtisarlar illik 300 milyon dollar qənaətlə nəticələnəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət ötən ilin sentyabr ayında müxtəlif departamentlərdə çalışan təxminən 500 işçinisini işdən çıxarmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et