Məşhur futbolçunun smartfon seçimi diqqət çəkib | Banco.az

Məşhur futbolçunun smartfon seçimi diqqət çəkib

Müəllif - Aida İsaq, Banco.az

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun istifadə etdiyi smartfon Çinli internet istifadəçilərini təəccübləndirib.

Banco.az xəbər verir ki, sevilən futbolçunun Çinin "Huawei" şirkətinə məxsus modeldən istifadə etdiyi məlum olub. Çinlilər yerli sosial şəbəkədə yayımlanan məlumatlardan sonra futbolçunun mobil cihazına maraq göstəriblər. Paylaşılan şəkildə Ronaldonun "2018 Huawei Mate RS Porsche Design Edition"dan istifadə etdiyi görünür. Daha sonra isə müvafiq fotonun 2021-ci ildə çəkildiyi məlum olub. Adı çəkilən telefon modelindən futbolçunun yalnız avtomobildə istifadə etdiyi ehtimal olunur.

Jurnalistlərin ehtimalına görə, Ronaldo hazırda idarə etdiyi avtomobili alarkən "Porsche" ona paketin bir hissəsi kimi "Huawei Mate RS" modelini də təklif edib.

Qeyd edək ki, smartfon 40 meqapiksellik "Leica" kamerası ilə təchiz edilib. Ekran barmaq izi kilidi ilə açılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et