Müəllif:Ayşən İmanova/Banco.az
"Evdə tək" filminin süjetinə görə Kevin Makkallister ailəsinin yaşadığı ev 5,25 milyon dollara satışa çıxarılıb.
Banco.az xəbər verir ki, müvafiq elan “Zillow” daşınmaz əmlak satışı saytında dərc olunub.
Çikaqonun şimalında Vinnetka kəndində yerləşən ev iki tam mərtəbədən və çardaqdan ibarətdir. 848 kvadratmetrlik malikanə 2018-ci ildə müasir üslubu əks etdirmək üçün təmir edilib. Əvvəlki sahiblər kult filmindən evin xüsusiyyətlərini qoruyub saxlamağa çalışıblar.
Qeyd olunur ki, ev 1921-ci ildə tikilib, bütün dövr ərzində dörd sahibi olub. Sonuncu dəfə 2012-ci ildə 1,58 milyon dollara satılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!