“Ray-Ban”ın yaradıcısının övladı dünyanın ən gənc milyarderi oldu | Banco.az

“Ray-Ban”ın yaradıcısının övladı dünyanın ən gənc milyarderi oldu

Müəllif - Aida İsaq, Banco.az

18 yaşlı italyan Clemente del Vecchio 3,5 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olub. 

Banco.az xəbər verir ki, bu barədə Amerikanın “Forbes” nəşri məlumat yayıb. Clemente del Vecchio dünyanın ən böyük eynək istehsalçısı olan “Luxottica”nın yaradıcısı Leonardo del Vecchionun ən kiçik övladıdır. “Luxottica Group” eynək sektorunda dünyanın ən güclü markalarındandır. Şirkətin ən məşhur brendləri arasında “Costa”, “Ray-Ban”, “Persol”, “Oliver Peoples” və “Oakley” yer alır.

Qeyd edək ki, İtaliyanın ən varlı adamlarından biri Leonardo del Vecchio 2022-ci ilin iyununda vəfat edib və geridə 25,5 milyard dollarlıq sərvət qoyub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram