Məşhur CEOların özünəməxsus qəribəlikləri | Banco.az

Məşhur CEOların özünəməxsus qəribəlikləri

Biz onları ilham verici, ağıllı,  qüsursuz şəxslər kimi tanıdıq, lakin yazılanlara görə onların da qəribə xususiyyətləri vardır. Bu gün dünyanın ən məşhur biznes şirkətlərinin 10 CEOsunun maraqlı vərdişlərindən danışacağıq.

1) Mark Zukerberq (Facebook)

Zukerberq hər ilin əvvəlində özünə bir hədəf seçir, yəni challenge.  Özüdə bunu bir intizam testi kimi edir, facebook da paylaşaraq insanlarıı da buna təşviq edir. Məsələn 2009-da işə hər gün qalstukla getmək, 2011-də özü öldürdüyü heyvanları yemək, 2016-da  hər gün təqribən 1.7 km qaçmaq, 2017-dəki hədəfi isə Amerikanın bütün ştatlarındakı insanları tanımaqdır.  Ola bilər bu prezident seçkilərinə hazırlaşdığı üçündür, xeyirli olsun :). 

2) Bill Gates (Microsoft)

Dünyanın ən zəngin insanlarından Bill Gates düşünərkən, oturacağını silkələyərmiş.Hətta şirkət əməkdaşlarının dediklərinə görə,  toplantıda bəzən fikri elə gedir ki həyəcanlanada sürətlənir, diqqəti azalanda isə artırmış. 

3) Elon Musk (Tesla, SpaceX)

Özünü dünyanın  həqiqi Tony Starkı (Iron Man)  olduğunu deyən Elon Musk, gündə 6 saat yatırmış. Bunu da etməsinin səbəbi isə az ilməkli döşək ağından istifadə etməsidir. 

4) Stiv Cobs (Apple)

Dünyanın dahilərindən olan Stiv Cobs deyilənə görə, bəzən həftələr boyunca tək çeşid yemək yeyirmiş. Bunlardan məşhuru isə alma və kökdür. Hətta bir dönəm çox kök yediyindən rəngi narıncı rəngə çevrilibmiş. 

5) Larry Page (Alphabet)

Google-un yaradıcısı və Alphabet CEOsu vaxt itirməmək üçün düzlu krakerlərləri tək loxmada yeyirmiş, beləliklə yemək işini tez bitirib işinə keçə bilirmiş.

6) Mark Parker (Nike)

Tarazlığı çox xoşlayan Parker beyninin iki tərəfini də düzgün istifadə etmək üçün yanında daşıdığı qeyd dəftərinin bir tərəfinə müxtəlif illüstrasiyalar və qaralama üçün istifadə edərkən, digər tərəfinə də işlə bağlı ağılına gələnləri qeyd edirmiş. 

Ən sərfəli kredit üçün müraciət et

7) Marissa Mayer (Yahoo!)

İşkolik olması  kimi tanınan Mayer, yatmağa vaxt tapmadığı üçün 4 ayda bir tətilə çıxırmış. Ayrıca detallara önəm verən Mayer hər gün saat 2 ilə 7 arasında içində üzüm qurusu  olan qarğıdalı partlağı yeyir. 

8) Indra Nooyi (Pepsi)

Bir lampanın işığını düzgün tənzimləmək üçün Nooyi əvvəlcə onu sürətlə açar, sonra yavaşca artırar, sonra bir az daha qısar. Bu sahədə nə qədər diqqətcil olduğunu deyən Nooyi məsuliyyətcil olduğunu göstərir.

9) Warren Buffett (Berkshire Hathaway)

Dünyanın ən büyük ikinci Holding şirkətinin CEO’su olan Warren Buffett 6 yaşında bir uşaq kimi bəsləndiyini deyir, gündə 5 şüşə kola içdiyini deyir. Kartof qızartması və dondurmayı çox istehlak edən Buffet, statistikalarda daha az ölümün 6 yaşlı uşaqların  üstünlük təşkil etdiyini görərək bundan sonra elə bəslənməyə qərar verib.

10) Richard Branson (Virgin Grup)

Zarafat etməyi çox xoşlayan çılğın müdir, 1989-cu ilin 1 aprelində etdiyi zarafatla tarixə keçib. O gün minlərlə insan UFO-ya oxşayan bir yad planetli maşının yerə endiyini görüb polisə xəbər verirlər. Polis hadisə yerinə getdikdə  maşının içindən 36 yaşında olan üzərində rəngli paltar olan Richard Bransonun çıxdığını, UFO-ya oxşar isti bir hava balonunun olduğunu görüblər. Branson vəziyyətdən çıxmaq üçün Hyde Park’a endirmək istədiyini və küləyə görə bura endirməyə məcbur olduğunu bildirib. Həqiqətən dəlidir bu Branson :)

Xəzər Aslanov. Banco.az