Məşhur avtomobil şirkəti minlərlə işçini ixtisar edəcək | Banco.az

Məşhur avtomobil şirkəti minlərlə işçini ixtisar edəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Məşhur avtomobil şirkət"Continental" avtomobil departamentində minlərlə işçini ixtisar edəcək.

Banco.az xəbər verir ki, alman şin və avtomobil hissələri istehsalçısı avtomobil departamentində minlərlə insanı işdən çıxaracağını açıqlayıb.

Continental-ın verdiyi açıqlamada şirkətin 2025-ci ildən başlayaraq hər il xərclərə 400 milyon avro qənaət etməyi planlaşdırdığı bildirilib.

Buna nail olmaq üçün şirkətin bütün bölmələrində  geniş ixtisarların aparılacağı qeyd edilib.

Continental-ın avtomobil bölməsinə cavabdeh olan İdarə Heyətinin üzvü Philipp von Hirschheydt məsələni dəyərləndirərkən, tədbirlərin avtomobil sənayesinin rəqabət qabiliyyətini gücləndirmək üçün vacib olduğunu vurğulayıb. 

Alman mətbuatında çıxan xəbərlərdə Continental-ın avtomobil departamentində planlaşdırılan ixtisar sayının 5500 civarında ola biləcəyi və bunlardan 1100-dən çoxunun isə şirkətin Almaniyadakı 30 nöqtəsində olacağı iddia edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram