Müəllif - Aida İsaq, Banco.az
Çinin avtomobil şirkəti "Nio" elektrikli avtomobilləri üçün nəzərdə tutulan xüsusi smartfonunu təqdim edəcək.
Banco.az xəbər verir ki, markanın baş direktoru Uilyam Li şirkətinin smartfon istehsal etmək qərarına aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda bazarda olan cihazlar sözügedən elektrik avtomobillərinin funksiyalarını tam formada dəstəkləmir. O, həmçinin məşhur “Apple” smartfonlarının da avtomobil sahiblərinin problemini həll etmək baxımından əlverişli olmadığını qeyd edib. Uilyam Linin sözlərinə görə, bu, Nio avtomobillərinin rabitə üçün mmW texnologiyasından istifadə etməsi ilə bağlıdır.
Avtomobilin ekosisteminə inteqrasiya olunmuş ilk smartfonun 2023-cü ildə təqdim olunacağı gözlənilir. Modelin qiymətinin isə 7000 yuan səviyyəsində olacağı məlum olub.
Bizi sosial şəbəkələrdən izləyin!!