Müəllif - Aida İsaq, Banco.az
Ford işçilərinin 40 faizinə qədər ixtisar etməyə hazırlaşır. Banco.az xəbər verir ki, bu qərar şirkətin elektromobillərin kütləvi istehsalına başlaması ilə əlaqədardır.
Şirkətin rəhbəri Cim Farlinin sözlərinə görə, elektromobillərin istehsalı benzin və ya dizellə işləyən avtomobillərlə müqayisədə qat-qat az əmək tələb edir. Onların ərsəyə gəlməsi üçün daha az material sərf olunur. Şirkət 2030-cu ilə qədər ümumi gəlirinin ən azı 50 faizini elektrikli avtomobil satışlarından əldə etməyi planlayır.
Qeyd edək ki, Ford avqust ayında 3000 işçisiylə əməkdaşlığı dayandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!