Müəllif - Aida İsaq, Banco.az
“Volkswagen” istehlakçıların şikayətlərinə görə sükan çarxında toxunma idarələri olan avtomobillərin istehsalını dayandıracaq.
Banco.az xəbər verir ki, baş direktor Tomas Şeferin LinkedIn-də dərc etdiyi açıqlama diqqət çəkib. Alman avtomobil istehsalçısının menecerinin sözlərinə görə, korporasiyanın istehsalı olan avtomobillərin sükanında toxunma düymələri ləğv olacaq.
“Biz fiziki düyməli sükanı geri gətiririk! Müştərilərin VW-dən istədiyi budur” deyə Şefer bildirib.
Məlum olub ki, yeni nəsil “Volkswagen” avtomobillərinin bir çox sahibləri adi fiziki açarları əvəz edən toxunma idarəetmə vasitələrinin mövcudluğundan məyus olublar. Sükan çarxına kapasitiv sensorlu toxunma hissələri əlavə olunmuşdu. Lakin bu, sürücülər tərəfindən xoş qarşılanmadı. Belə ki, istifadəçilər sükanla qarşılıqlı əlaqədə olarkən tez-tez təsadüfən onlara toxunur və beləliklə də müxtəlif funksiyaları aktivləşdirirdilər.
Qeyd edək ki, təkcə “Volkswagen” markası deyil "BMW" və "Mercedes" avtomobil brendləri də çoxfunksiyalı sükan çarxlarına keçid edib.
Bizi sosial şəbəkələrdən izləyin!!