Müəllif - Aida İsaq, Banco.az
Britaniyanın məşhur avtomobil istehsalçısı “Rolls-Royce” şirkəti minlərlə işçisini ixtisar etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, sözügedən şirkət ptimallaşdırma proqramı çərçivəsində qeyri-istehsal departamentlərini birləşdirməyi planlaşdırır. Beləliklə, müvafiq tədbirlər planı mülki aviasiya, müdafiə sektoru və enerji üçün avadanlıq bölmələrinə təsir göstərəcək. Nəticədə şirkətin 30 min işçisinin təxminən 10 faizi işsiz qala bilər. Məlumata görə, ixtisar dalğası ən çox brendin Derbidə yerləşən baş ofisinin əməkdaşlarını əhatələyəcək.
Qeyd edək ki, şirkət hazırda işçilərlə bağlı yekun qərar barədə açıqlama verməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!