Məşhur analitik Trump-ın qərarının texnoloji satışlara təsirini şərh etdi | Banco.az

Məşhur analitik Trump-ın qərarının texnoloji satışlara təsirini şərh etdi

Məşhur analitik Ming-Chi Kuo-nun fikrincə, ABŞ prezidenti Donald Trump-ın TikTok və WeChat-ı qadağan edən qərarları gələcəkdə iPhone satışları üçün ciddi təhlükə yaradacaq. 

TF International Securities şirkətində çalışan analitikin fikrincə, bu qərar Çinin Tencent formasını hədəf alıb. O bildirib ki, bu embarqo iki ssenaridən birini həyata keçirir:

WeChat App Store-nin xidmət etdiyi bütün ölkələrdən silinsə, iPhone satışları 25-30% aşağı düşəcək. Bununla yanaşı,  AirPods, iPad, Apple Watch və Mac satışlarında da 15-25% azalma gözlənilir. 

Digər ssenari isə WeChat-ın yalnız ABŞ üçün hazırlanan Apo Store-dən silinməsi ilə bağlıdır. Kuo-nun fikrincə, tətbiq qlobal embarqoya məruz qalmadan və yalnız ABŞ-da qadağan olunsa, iPhone satışları 3-6% ziyanla qurtula biləcək. 

Qeyd edək ki, Apple-ın gəlirinin 15%-i təmin edən Çin onun bazar payında önəmli rol oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et