Məşhur aktrisa süni intellekti oğurluqda günahlandırıb | Banco.az

Məşhur aktrisa süni intellekti oğurluqda günahlandırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı aktrisa Skarlet Yohanson süni intellektin yaradıcılarını və “OpenAI”ni onun səsini təqlid etməkdə ittiham edib.

Banco.az xəbər verir ki, aktrisa “Sky” adlı “ChatGPT” neyron şəbəkəsinin səsinin "onun səsinə dəhşətli dərəcədə bənzədiyini" iddia edərək “OpenAI” tərtibatçı şirkətindən səsin chatbotdan çıxarılmasını tələb edib.

Aktrisa daha əvvəl “OpenAI”nin baş direktoru Sem Altmandan “ChatGPT”də real səsindən istifadə etmək təklifi aldığını, lakin şəxsi səbəblərdən imtina etdiyini qeyd edib.

Yohansonun sözlərinə görə, şirkətin  təqdim etdiyi “Sky” adlı chatbotun səsi, aktrisanın kadrda görünmədiyi və səs köməkçisini səsləndirdiyi "Her"  filmdəki səsindən ilhamlanıb.

Ən sərfəli kredit üçün müraciət et

“OpenAI”nin icraçı direktoru Sem Altman aktrisanın ittihamı ilə razılaşmayıb və səsin Yohansona deyil, başqa bir peşəkar aktrisaya aid olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et