Yaponyaya məxsus mesajlaşma tətbiqi olan Line da müasir dövrün tələblərindən geri qalmaq niyyətində olmadığını açıqlayıb. Şirkət yeni BitBox adlı kripto valyuta dəyişmə platforması (crypto-exchanger) çıxarmaq niyyətindədir. BitBox-un iyunda çıxması gözlənilir. Onun Bitcoin, litecoin, ethereum və s. 30-a yaxın kripto məzənnəni dəstəkləyəcəyi gözlənilir.
Platformanın Yaponiya və ABŞ-dan başqa 15 dil üzrə bütün dünyada fəaliyyəti nəzərdə tutulur.
BitBox əsas etibarilə kripto valyutanın dəyişimi üçün nəzərdə tutulub. Xidmətdən istifadə haqqı olaraq 0.1% komissiya haqqı tutulması nəzərdə tutulur. Lakin platformanın ilkin istifadəçiləri heç bir komissiya haqqı ödəməyəcəklər.
Məlumat üçün bildirək ki, Line Yaponiyada ən böyük mobil transferləri və pul köçürmələri həyata keçirən mesajlaşma xidmətidir. Tətbiqi təqribən 165 milyon adam istifadə edir ki, bunun da 70 milyonunu yapon istifadəçilər təşkil edir.
Nəcibə Yusifova, banco.az