"Mərkəzi bankların real böhranla mübarizə üçün alətləri azalıb" | Banco.az

"Mərkəzi bankların real böhranla mübarizə üçün alətləri azalıb"

"Deutsche Bank"ın (Döyçe Bank) İcraçı direktoru Christian Sewing, mərkəzi bankların alətlərinin böyük hissəsini istifadə etdiklərini və qlobal iqtisadi risklərə qarşı alətlərinin azaldığını deyib.

Londonda bir bank konfransında çıxış etmiş Sewing Avropa Mərkəzi Bankı və ABŞ Mərkəzi Bankının real bir iqtisadi böhranın təsirlərini effektiv olaraq azaltmaq üçün ənənəvi alətləri qalmadığını qeyd edərək, "Honq Konqdakı gərginlikdən Orta Şərqə qədər bir sıra maliyyə və geosiyasi risk mövzusunda narahatam. Dünya proqnozlaşdırılması çətin və qeyri-adi bir makroiqtisadi vəziyyətlə qarşı-qarşıyadır, bu da daha çox volatilliyə səbəb olur" açıqlamasını edib.

İqtisadiyyatdakı pisləşmə və inflyasiyanın düşməsi səbəbindən aralarında Fed və Avropa Mərkəzi Bankının da olduğu qlobal mərkəzi banklar pul siyasətlərini yumuşaldırlar. 

Avropa Mərkəzi Bankı depozit faizini 10 bənd azaldaraq mənfi 0.5%-ə endirmiş, iqtisadiyyatı canlandırmaq üçün yeni bir istiqraz alışı proqramı açıqlamışdı. Sewing, "Çox az iqtisadçı ucuz pulun bu nöqtədə təsirli olacağına inanır", - ifadələrini istifadə edib.

Marja