Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankın sədri Taleh Kazımovun iyulun 27-də ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti görüşü olub.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Facebook" hesabında məlumat verilib.
Qeyd edilib ki, görüş zamanı qlobal iqtisadi proseslər, o cümlədən qlobal artım və inflyasiya meyillərinə təsir edən amillər müzakirə olunub.
Görüşdə həmçinin pul bazarında gedən proseslər, faiz transmissiyasının gücləndirilməsi istiqamətində aparılan islahatlar, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!