Mərkəzi Bankın valyuta ehtiyatları bir ildə 8,7 mlrd. dollar azalıb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları bir ildə 8,7 mlrd. dollar azalıb

Mərkəzi Bankın statistik məlumatlarına əsasən rəsmi valyuta ehtiyatlarının həcmində azalma baş vermişdir. Belə ki, 2016-ci il 1 yanvar üzrə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 5 mlrd. 16,7 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da noyabr ayının sonu ilə müqayisədə 1 mlrd. 228,9 mln. manat və ya 19,67% azdır.

Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8 mlrd. 741,6 mln. dollar və ya 2,74 dəfə azalıb.

Ən sərfəli kredit üçün müraciət et

30 noyabrda valyuta ehtiyatları 6 milyard 245.6 milyon dollar olub.

Ümumiyyətlə isə valyuta ehtiyatları 2014-cü ilin iyul ayından etibarən azalmaqda davam edir. Həmin dövr üzrə göstərici 15,193 mlrd ABŞ dolları təşkil edib.