Ötən ay Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb.
Mərkəzi Bankdan verilən məlumata görə, aprelin 29-a olan valyuta ehtiyatları 54,8 milyon dollar artaraq 4 milyard 120,6 milyon dollar olub.
Qeyd edək ki, bu rəqəm ötən ay 4 milyard 65,8 milyon dollar təşkil edib.