Mərkəzi Bankın valyuta ehtiyatları 7 faizdən çox artıb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 7 faizdən çox artıb

2021-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankın valyuta ehtiyatları 7,034 milyard dollar təşkil edib.

Bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verilir.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,1 faiz və ya 8,8 milyon dollar azalıb.

Qeyd olunur ki, valyuta ehtiyatlarının artımı Azərbaycana Beynəlxalq Valyuta Fondu tərəfindən SDR (xüsusi borcalma hüququ) verilməsi ilə əlaqədardır.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et