Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd. dollara yaxınlaşır | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd. dollara yaxınlaşır

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyunun 1-nə 4 825,4 mln. ABŞ dolları təşkil edib.

AMB-yə istinadən xəbər verilir ki, bu, mayın 1-i ilə müqayisədə 206,1 mln. dollar və yaxud 4,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 851 mln. dollar və yaxud 21,4%, son bir ildə isə 541,1 mln. dollar və yaxud 12,6% artıb.

Mənbə: Report.az