Mərkəzi Bankın valyuta ehtiyatları 11.7 milyard dollara çatıb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 11.7 milyard dollara çatıb

"Tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 6 ayında 4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb".

Banco.az xəbər verir ki, bu Mərkəzi Bankın məlumatında qeyd edilib.

"Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8% artaraq 69.7 mlrd. ABŞ dolları olub. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. İyul ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.94% olmaqla (iyunda 6.75%) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının həcmini azaldıb", – məlumatda deyilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram