Mərkəzi Bankın təşəbbüsü ilə "Bu günün qənaəti, sabahın təminatı" adlı yay məktəbi keçirilmişdir. | Banco.az

Mərkəzi Bankın təşəbbüsü ilə "Bu günün qənaəti, sabahın təminatı" adlı yay məktəbi keçirilmişdir.

28 iyul 2016-cı il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində 18- 22 iyul 2016-cı il tarixlərində 7-10 yaşlı uşaqlar üçün "Bu günün qənaəti, sabahın təminatı" adlı yay məktəbi təşkil etmişdir.

Yay məktəbi Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan Banklar Assosiasiyası, yerli bank və sığorta şirkətinin  maliyyə, həmçinin ticarət müəssisəsinin təşkilati dəstəyi ilə baş tutmuşdur. Yay məktəbində 20 uşaq iştirak etmək hüququ qazanmışdır.

Yay məktəbinin əsas məqsədi uşaqların pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım mövzuları üzrə əyləncəli formada maarifləndirilməsi olmuşdur. Mövzuların uşaqlara lazımi səviyyədə çatdırılması məqsədilə sessiyalar interaktiv şəkildə aparılmış, maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənərək, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar həyata keçirilmişdir.

Yay məktəbində iştirakçılar İçəri Şəhərdəki qədim pul ekspozisyası və Mərkəzi Bankın xəzinəsinə də ekskursiya etmişdir.

Yay məktəbinin iştirakçıları sonda təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılmışdır. Qeyd edək ki, bu tipli tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Mərkəzi Bankı

Tel.:     

(994 12) 493 11 22, daxili 374 və ya 381

Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti

Faks:

(994 12) 493 55 41

R.Behbudov küç., 32

E-mail:

[email protected]

Bakı, AZ 1014

URL:

http://www.cbar.az