Mərkəzi Bankın “Tədqiqat bülleteni”nin ikinci nömrəsi hazırlanıb | Banco.az

Mərkəzi Bankın “Tədqiqat bülleteni”nin ikinci nömrəsi hazırlanıb

Mərkəzi Bankın elektron nəşri olan “Tədqiqat bülleteni”nin 2015-ci il üzrə nöbəti – ikinci nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.

Bülletendə II rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilib, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunub.

Burada həmçinin Norveç Mərkəzi Bankının proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə və ödəniş sistemləri üzrə son tədqiqatların nəticələri verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bülletenin Maliyyə savadlılığı bölməsində maliyyə savadlılığının inklüzivlikdə rolu əks olunmuşdur. Bu dəfəki nömrənin İqtisadi sözlük bölməsində isə son dövrlər mərkəzi bankların təcrübəsində geniş istifadə edilən qeyri-ənənəvi siyasət tədbirlərinə dair məlumat verilib.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında da məlumat verilib.

Ən sərfəli krediti almaq üçün müraciət et