Mərkəzi Bankın sədri köhnə və təzə dollar məsələsinə aydınlıq gətirib | Banco.az

Mərkəzi Bankın sədri köhnə və təzə dollar məsələsinə aydınlıq gətirib

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Köhnə və təzə dollar bizim bazarımızda kağızının rənginə, istehsal ilinə görə təsnifləşdirilir".

Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

"Halbuki, istehsalı 2006-ci ilədək olan dollarlar və 2006-ci ildən sonra olan dollarlar rahat dövriyyə olunurlar və onların qəbulunda heç bir problem yoxdu. Banklarla da bunu müzakirə etmişik. Müşahidə edirik ki, kimsə bu məsələni qaldırıb. Ona görə əhali banklardan bu dollarları almır. Əhali bu dollarları almadığına görə, həmin pullar bankda qalır. Banklarda bu pulları xaricə göndərir və xaricdən yenidən pullar sifariş edir və buna görə də müəyyən komissiya ödəyirlər. Hazırda Azərbaycanda dövriyyədə olan dollarların köhnəsi və təzəsi yoxdur", - sədr qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et