Mərkəzi Bankın sədri jurnalistlərlə görüşüb | Banco.az

Mərkəzi Bankın sədri jurnalistlərlə görüşüb

Bu gün Azərbaycan Mərkəzi Bankında media nümayəndələri üçün "İnflyasiya: mahiyyəti və səbəbləri" mövzusunda treninq keçirilib.

Mövzu üzrə AMB-nin Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev təqdimatla çıxış edib. İnflyasiyanın ölçülməsi, səbəbləri barədə məlumat verib.

Qeyd edək ki, tədbir çərçivəsində media nümayəndələrinin Mərkəzi Bankın sədri Taleh Kazımovla da görüşü olub. Taleh Kazımov media ilə əlaqələrə önəm verdiyini deyib. Jurnalistlərin təkliflərini dinləyib. Bu, AMB sədrinin jurnalistlərlə ilk görüşüdür.

Treninqin sonunda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et