Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından xoş xəbər | Banco.az

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından xoş xəbər

Mərkəzi Bankın statistik məlumatlarına əsasən rəsmi valyuta ehtiyatlarının həcmində artım baş verib. Belə ki, 2015-ci il iyun ayı üzrə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 8430.8 mln ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ayla (8387.9 mln ABŞ dolları) müqayisədə 1% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 44%  azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə isə valyuta ehtiyatları 2014-cü ilin iyul ayından etibarən azalmaqda davam edir. Həmin dövr üzrə göstərici 15,193 mlrd ABŞ dolları təşkil edib.