Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bakı Fond Birjasında bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2152024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Banco.az Birjaya istinadən xəbər verir ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,619.7629 (8.47%) manat və 9,629.3000 (8.25%) manat olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31,150,000 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,627.1099 (8.3%) manat və orta ölçülmüş qiyməti isə 9,627.6077 (8.29%) manat olaraq müəyyən edilib. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 21.02.2024-cü ildir.

Bu gün eyni zamanda, Mərkəzi Bankının (AMB) AZ2150024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrədə hərrac keçirilib. 

Hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,934.3231 (8.5%) manat və 9,938.1625 (8%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17,070,000 manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,934.3231 (8.5%) manat və orta ölçülmüş qiyməti 9,936.9434 (8.16%) manat olaraq müəyyən edilib.  Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 17,070,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 04.10.2023-cü ildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et