Mərkəzi Bankın notlarının yerləşdirilməsi ilə bağlı hərrac keçirilib | Banco.az

Mərkəzi Bankın notlarının yerləşdirilməsi ilə bağlı hərrac keçirilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bakı Fond Birjasında bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2132024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Banco.az bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9567.00 (9.7%) manat və 9618.8992 (8.49%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,730,000 manat olub. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9605.5328 (8.8%) manat və orta ölçülmüş qiyməti isə 9609.5425 (8.71%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 24.01.2024-cü ildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram