Mərkəzi Bankın notlarına tələb təklifi 4 dəfə üstələyib | Banco.az

Mərkəzi Bankın notlarına tələb təklifi 4 dəfə üstələyib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100365S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-yə istinadən xəbər verilir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 24 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 763 660 900 manat təşkil edib. Bununla da notların hamısı yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 20 dekabr 2017-dir. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et