Mərkəzi Bankın not hərracında tələb təklifi 3,6 dəfə üstələyib | Banco.az

Mərkəzi Bankın not hərracında tələb təklifi 3,6 dəfə üstələyib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101356S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-yə istinadən xəbər verilir ki, hərraca 10 investor 12 sifariş təqdim edib. 

Sifarişlərin nominal üzrə ümumi məbləği 180 mln. manat təşkil edib. Sifarişlər 99,0749 manat (12,01%) - 99,0749 manat (12,01%) qiymətində təqdim olunub. 

Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini 99,0749 manat (12,01%) səviyyəsində olmaqla AMB müəyyən edib. Notların nominal üzrə reallaşdırılmış həcmi 50 mln. manat olub. 

Qiymətli kağızların ödəmə tarixi 5 iyul 2017-ci ildir.