2017-ci il yanvarın 1-ə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 3 milyard 974,4 milyon dollar təşkil edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1 milyard 42,3 milyon manat və ya 20,77% azdır.
Banco.az AMB-nin açıqladığı hesabata istinadən xəbər verir ki, 2016-ci ilin noyabr ayının sonu ilə müqayisədə isə rəsmi valyuta ehtiyatları 36,6 milyon dollar və ya 0,91% azalıb.
Qeyd edək ki, 2015-ci ilin dekabr ayının sonuna AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 5 milyard 16,7 milyon dollar, 2016-cı ilin noyabrın sonuna isə 4 milyard 11 milyon dollar olub.
Ekspertlər isə AMB-nin rəsmi valyuta ehtiyatlarının azalacağını proqnoz edirlər.