Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
AMB-yə istinadən xəbər verilir ki, hərracda təklif 100 mln. manat olsa da, tələb bundan 49,2% çox – 149,2 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,76% təşkil edib.
Mənbə: Report.az