Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
AMB-yə istinadən xəbər verir ki, hərracda 250 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 5,5% çox - 263,75 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,14% təşkil edib.