Mərkəzi Bankın depozit hərracında tələb təklifi 5 dəfədən çox üstələyib | Banco.az

Mərkəzi Bankın depozit hərracında tələb təklifi 5 dəfədən çox üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

AMB-yə istinadən xəbər verliir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 5,3 dəfə çox- 530,3 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

Mənbə: Report.az