Mərkəzi Bankın azalan valyuta ehtiyatlarının son 2 ayda stabil qalması müsbət haldır! | Banco.az

Mərkəzi Bankın azalan valyuta ehtiyatlarının son 2 ayda stabil qalması müsbət haldır!

Dünyada baş verən iqtisadi-siyasi proseslər xarici valyutaların, xüsusilə, avronun ucuzlaşmasına səbəb olur.

Avropanın vahid valyutası dollar qarşısında əriməyə davam edir. May ayından bu yana avro dollara nisbətdə 1,145-dən yuxarı qalxa bilməyib. Əvəzində isə dolların möhkəmlənməsi fonunda avro dəyər itirir. Hazırda birjada 1 avro 1.101 dollara bərabərdir. Təkcə iki ay ərzində avro dollar qarşısında 0,04 ucuzlaşıb.

Son bir il ərzində Yunanıstanda baş verən maliyyə böhranı və Rusiyaya qarşı sanksiyalar,Ukrayna ətrafında baş verənlər və neftin qiymətindəki kəskin ucuzlaşma dolayısı yolla avronun zəifləməsinə gətirib çıxarıb. Avronun məzənnəsinin aşağı düşməsinə digər bir səbəb dolların möhkəmlənməsidir. Əslində, avronun məzənnəsinin azalması Avropa Birliyindən ixrac əməliyyatlarını asanlaşdırır. 
İqtisadçı Vüqar Bayramov hesab edir ki, ABŞ və Çin kimi ixrac potensialı yüksək olan ölkələr avronun ucuzlaşmasında maraqlı deyillər. 

Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayının sonunda 8 milyard 520,2 milyon dollar çatıb. Bu isə o deməkdir ki, son bir ayda valyuta ehtiyatlarının həcmi 89,4 milyon dollar və ya 1%-ə yaxın artıb. Əslində, artım faizi marjinal olsa da belə, bankın azalan valyuta ehtiyatlarının son 2 ayda stabil qalması və müqayisəli çoxalması müsbət haldır. Çünki manatın məzənnəsi ilə bağlı ən ciddi təhlükə məhz Mərkəzi Bankın intervensiya xərclərinin artması səbəbindən ötən ilin axırlarında və bu ilin əvvəllərində valyuta ehtiyatlarında müşahidə edilən kəskin azalmalar idi. Valyuta ehtiyatlarının artması həm manata tələbin nisbətən çoxalması və xarici valyuta təklifinin azalması və bu aspektdən intervensiya xərclərində müşahidə edilən azalmalar, həm də Mərkəzi Bankın borclanması ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər baş bankın daxili borclanma imkanlarını artırdı. Digər tərəfdən, dollarlaşma prosesinin səngiməsi və cari xərclər üçün dollar təkilfinin çoxalması da valyuta ehtiyatlarının artmasına təsirsiz ötüşmür. Mərkəzi Bankın valyuta ehtiyatlarının son 2 ayda artması manatın məzənnəsinin qorunub saxlanması baxımdan arzuolunandır. Bununla yanaşı, hələlik xarici iqtisadi faktorlar xüsusən də neftin dünya bazar qiymətindəki son günlər müşahidə edilən azalmalar manatın üzərindəki gərginliyi müəyyən qədər möhkəmləndirir. Eyni zamanda, avronun dəyər itirməsi də dolların, demək olar, bütün digər valyutalar üzərində güclənməsinə səbəb olur. Təbii ki, bu psixoloji gərginliyin artmasında manatın yaxın günlərdə kəskin dəyət itirəcəyi ilə bağlı develvasiyadan sonra, ötən 4 ayda, demək olar, hər həftə bir sıra internet portalları tərəfindən yayılan sipkulyativ məlumatlar az rol oynamır. Bütün hallarda, mövcud vəziyyətdə manat üçün “pros” və “kons"lar var. Mərkəzi Bankın valyuta ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində artımlar müşahidə edildiyi halda milli valyutanın məzənnəsinin stabilləşməsi mümkün ola bilər. Neftin dünya bazar qiymətində azalmalar davam edərsə bu daxili pul bazarında yenidən xarici valyutaya olan tələbin artmasına səbəb ola bilər.