Mərkəzi Bankın Asiyanın qiymətli kağızlar bazarına sərmayəsi | Banco.az

Mərkəzi Bankın Asiyanın qiymətli kağızlar bazarına sərmayəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) Asiyanın qiymətli kağızlar bazarına 1 milyard dollar yerləşdirməyi planlaşdırır. Bunu bazar ertəsi jurnalistlərə AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.

Onun sözlərinə görə, Çin bazarı xüsusi qaydalarla tənzimlənir və AMB bu bazara çıxmaq üçün xüsusi müqavilə bağlayıb: "Asiyanın digər bazarlarına vəsaitlərin yerləşdirilməsi isə əcnəbi menecerlər vasitəsilə həyata keçiriləcək".

Ən sərfəli kredit üçün müraciət et

A.Babayev qeyd edib ki, ümumilikdə 1 milyard dollar yerləşdiriləcək: "500 milyon dollar tərəfimizdən müqavilə əsasında Çin bazarında, qalan 500 milyon dollar isə xarici menecerlər vasitəsilə Asiyanın digər bazarlarında yerləşdiriləcək".

AMB-nin maraq dairəsində əsasən İndoneziya, Malayziya, Sinqapur və Cənubi Koreya bazarlarıdır.

Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et