Mərkəzi Bankdan zərərlə işləyən banklarla bağlı rəsmi açıqlama | Banco.az

Mərkəzi Bankdan zərərlə işləyən banklarla bağlı rəsmi açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) zərərlə işləyən bankların sayının artması ilə bağlı məsələyə aydınlıq gətirib. Mərkəzi Bank bununla əlaqədar bildirib ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir. Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımamış və may ayında bankların depozitlərinin həcmi bərpa olunmuş, aprel ayındakı azalmanı üstələmişdir. Zərərlə işləyən bankların sayının artımı isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olmuşdur. Bu, bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Ekspertlər isə bankların zərərlə işləməsinin səbəbini depozitlərin azalması, eləcə də istehlak kreditlərinin verilmə qaydalarının sərtləşdirilməsi ilə izah edirlər. 

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et