Mərkəzi Bank Rusiya rublunun rəsmi məzənnəsinə dair açıqlama yayıb.
Bankdan daxil olmuş açıqlamada deyilir:
19 oktyabr 2017-ci il tarixinə Rəsmi Məzənnələr Bülletenində Mərkəzi Bankın rəsmi Rubl/Manat məzənnəsi texniki səbəblərdən səhv getmişdir.
Bildiririk ki, 19 oktyabr 2017-ci il tarixinə Mərkəzi Bankın rəsmi Rubl/Manat məzənnəsi 0,0296 səviyyəsində müəyyən edilmişdir. 19 oktyabr 2017-ci il tarixinə rəsmi məzənnələr Mərkəzi Bankın internet səhifəsində elan olunmuşdur.
Qeyd edək ki, Rəsmi Məzənnələr Bülletenində Rubl/Manat məzənnəsi 0,0300 səviyyəsində göstərilmişdi.
Mənbə: Marja.az