Mərkəzi Bankdan rəqəmsal valyuta buraxmaq məsələsinə CAVAB | Banco.az

Mərkəzi Bankdan rəqəmsal valyuta buraxmaq məsələsinə CAVAB

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan Mərkəzi Bankının (AMB) rəqəmsal valyuta buraxmaq planı hazırda yoxdur.

Banco.az xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib. AMB rəhbəri qeyd edib ki, rəqəmsal valyuta üçün istifadə olunan texnologiya çox vacibdir:
“Biz bu səbəbdən bu sahəni mütəmadi izləyirik. AMB digər ölkələrin mərkəzi banklarının bu sahədə nələr etdiyini, nələrə nail olduğunu araşdırır. Rəqəmsal valyuta həm əməliyyatlar, həm də maliyyə sektorunun sabitliyi nöqteyi nəzərindən suallar yaradır. Hazırda bu sahədə hansısa mərkəzi bankın uğurlu məhsulu yoxdur”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et