Mərkəzi Bankdan növbəti manat açıqlaması (VİDEO) | Banco.az

Mərkəzi Bankdan növbəti manat açıqlaması (VİDEO)

Bundan sonra manatın ucuzlaşıb-ucuzlaşmayacağı bazara bağlıdır.

Bu gün Azərbaycanda üzən məzənnə siyasətinə keçid oldu. Bu keçid bizə nələr verəcək? Hazırda cəmiyyətdə ajiotaj yaşanır. Bu ajiotajın kökündə nə dayanır?

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,
 Mərkəzi Bankın idarə heyətinin sədr müavini Aftandil Babayev və Maliyyə Nazirliyinin büdcə şöbəsinin rəisi Fazil Fərəcov “Nəzər Nöqtəsi”ndə bütün bunlara aydınlıq gətirib.

– Aftandil müəllim, Azərbaycan üzən məzənnə siyasətinə keçdi. Bu siyasətdən nələr gözlənilir?

– Artıq cəmiyyətə də aydın olduğu kimi bu gün Mərkəzi Bank yeni məzənnə siyasətinə keçidlə bağlı xüsusi bəyanatla çıxış etdi. Müəyyən olundu ki, artıq bank bu gündən etibarən üzən məzənnə siyasətinə keçib. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, manatın xarici valyutalara, xüsusi olaraq ABŞ dollarına qarşı məzənnəsi bazar prinsipləri əsasında liberal şəkildə formalaşacaq.

Məhz bu rejimə keçid hansı zərurətdən doğub? Mərkəzi Bankın verdiyi bəyanatda da qeyd olunduğu kimi son vaxtlar qlobal iqtisadiyyatda mürəkkəb proseslər başlayıb. Xüsusi olaraq Azərbaycan iqtisadiyyatı üçün də mühüm təsirə malik olan dünya enerji bazarlarında neftin qiyməti sürətlə düşməyə başlyıb.

Bu bir yandan dünya enerji daşıyıcıları bazarında təklifin tələbi əhəmiyyətli bir şəkildə üstələməsi, həm inkişaf edən, həm də yüksək iqtisadi çəkiyə malik ölkələrin enerjiyə olan tələbatın nisbətən aşağı enməsidir. Bü gün neft 3 dəfədən də çox ucuzlaşaraq 110 ABŞ dollardan 37 dollara qədər enib.

– Aftandil müəllim bu gün 1 dollar 1 manat 58 qəpiyə satılır. Bu real qiymətdir yoxsa, ucuzlaşmanın ilkin mərhələsidir?

– Ölkənin qlabal valyuta balansı, valyuta bazarında tələb və təklif kanalları haqqında olan göstəricilərin hamısı bunu deməyə əsas verir ki, belə bir vəziyyətdə yeni rejimə keçməklə prosesi balanslaşdırmış olduq. Sonradan manatın ucuzlaşıb-ucuzlaşmayacağı isə bazara bağlıdır.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:

Ən sərfəli kredit üçün müraciət et