Mərkəzi Bankda təqaüdçülərə təlim keçirildi | Banco.az

Mərkəzi Bankda təqaüdçülərə təlim keçirildi

Azərbaycan Respublikasının Mərkəzi Bankıtərəfindən “Maliyyə savadlılığı ayı” çərçivəsində“Üçüncü Bahar” sosial layihəsinin iştirakçıları olan təqaüdçülər üçün iqtisadi və maliyyə maarifləndiriməsi istiqamətində təlimlər keçirilmişdir.

Banco.az xəbər verir ki, təlim zamanı maarifləndirmə baxımından daha aktual olan “Məsuliyyətli borclanma” və “Ödəniş kartları” kimi mövzularda iştirakçılara tövsiyələr, eləcə də ödəniş kartlarından istifadənin üstünlükləri və təhlükəsizlik tələbləri barədə məlumatlar verilmiş, onların sualları ətraflı cavablandırılmışdır.

Bütövlükdə, keçirilmiş təlimlər əhalinin müxtəlif təbəqələrinin maliyyə bilik və bacarıqlarının artırılmasında mühüm rola malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, qeyd edilən təlimlər “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin“Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin, eləcə də “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrəDövlət Proqramı”nın icrası baxımından da xüsusilə aktualdır.

Mərkəzi Bank bu istiqamətdə müxətlif hədəf qrupları üçün təlim və seminarları, habelə əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərini davam etdirəcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et